Restoranda işçi və müştərilər CƏRİMƏLƏNDİ
26 sentyabr 2020 12:20 (UTC +04:00)

Restoranda işçi və müştərilər CƏRİMƏLƏNDİ


Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən “Olympus PUB" restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

# 2119
avatar

Oxşar yazılar