DİQQƏT! - Bakının bu ərazisində hərəkət məhdudlaşdırılacaq
26 sentyabr 2020 10:15 (UTC +04:00)

DİQQƏT! - Bakının bu ərazisində hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şossesinə birləşən hissəsində sentyabr ayının 26 və 27-i hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

# 4996
avatar

Oxşar yazılar