Bakıda yanğın: avtomobillərin hərəkətində çətinliklər yarandı
24 sentyabr 2020 22:44 (UTC +04:00)

Bakıda yanğın: avtomobillərin hərəkətində çətinliklər yarandı

“Bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb”.

APA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qeyd edilib ki, bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

# 2314
avatar

Oxşar yazılar