Suaresin "Barselona"dan gedişi rəsmiləşdi
24 sentyabr 2020 13:08 (UTC +04:00)

Suaresin "Barselona"dan gedişi rəsmiləşdi

İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin “Atletiko”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya təmsilçisi açıqlayıb.

33 yaşlı uruqvaylı hücumçunun keçidi üçün “Barselona” bonuslar kimi 6 milyon avroya yaxın vəsait əldə edəcək. “Atletiko” Çempionlar Liqasının 1/4 finalına çıxdığı hər mövsümdə 2 milyon ödəyəcək.

2014-cü ildən “Barselona”da oynayan Suares 283 matçda 198 qol vurub. O, dörd dəfə ölkə çempionu və kubokun qalibi adını qazanıb, 2015-ci ildə Çempionlar Liqasındakı qələbəyə finaldakı qolu ilə töhfə verib.

# 1921
avatar

Oxşar yazılar