Britaniyada könüllü şəkildə COVID-19-a yoluxdurulmaqla vaksinlər sınaqdan keçiriləcək
23 sentyabr 2020 22:40 (UTC +04:00)

Britaniyada könüllü şəkildə COVID-19-a yoluxdurulmaqla vaksinlər sınaqdan keçiriləcək

 

Dünyada COVID-19 virusu əleyhinə ilk peyvənd sınaqları bir neçə aydan sonra Londonda başlaya bilər. Bunun üçün könüllülər bilərəkdən yeni növ koronavirusa yoluxdurulacaq.

APA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti elmi layihənin təfərrüatlarını açıq şəkildə müzakirə etməyə hələ hazır olmayan araşdırma təşkilatçılarına istinadən məlumat yayıb. Rəsmi məlumat isə gələn həftə elan ediləcək.

Nəşr hansı peyvənddən bəhs olunduğunu yazmayıb, lakin fransız əczaçılıq şirkəti “Sanofi” artıq bunun Britaniyanın “GlaxoSmithKline” (GSK) şirkəti ilə birlikdə hazırladığı dərmanın olmayacağını açıqlayıb. Hazırda Britaniyada yeni növ koronavirusa qarşı iki peyvənd sınaqdan keçirilir – Oksford Universiteti tərəfindən hazırlanan dərman və London İmperial Kollecinin peyvəndi.

Qəzetin məlumatına görə, təxminən 2 min nəfər 2021-ci ilin yanvarında başlaması planlaşdırılan sınaqlarda iştirak etməyə razılıq verib. Bunun üçün təşkilatçılar yüzdən çox sağlam gənc seçəcək və buna görə onların hər birinə 4000 funt-sterlinqdən çox pul veriləcək.

# 1486
avatar

Oxşar yazılar