Qriplə koronavirus arasındakı əsas fərqlər - BOĞAZ AĞRIMIRSA...
23 sentyabr 2020 14:55 (UTC +04:00)

Qriplə koronavirus arasındakı əsas fərqlər - BOĞAZ AĞRIMIRSA...

Covid-19 qripdən daha çox yoluxucudur.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin sinə xəstəlikləri mütəxəssisi - həkim Merda Ərdəmir İşıq deyib. 

Koronavirus və qrip (qrip) virusunun oxşar yollarla keçdiyini bildirən həkim, soyuq ayların gəlişi ilə yoluxma riskinin artdığını açıqlayıb: “Payızın gəlişi ilə tənəffüs yolu ilə yoluxan qrip hallarının artması gözlənilir. Hər iki virus da tənəffüs damlaları ilə ötürülən virusdur”.

Sars Cov-2 virusunun hava, təmas və damcı yolu ilə də yoluxa biləcəyini vurğulayan mütəxəssis, hər iki virusun yoluxuculuq qabiliyyətini müqayisə edib: “Sars Cov-2 virusu qripə səbəb olan virusdan daha çox yoluxucudur.

Qripdən qaynaqlanan xəstələrdə şikayətlər başladıqdan sonra yoluxma ən yüksək nöqtədə olsa da, koronavirusa yoluxanlarda simptomlar başlamazdan 48 saat əvvəl yoluxduruculuq ən yüksək səviyyədə olur. Hər iki xəstəlikdə də asemptomatik insanlar yoluxucu ola bilər, ancaq xəstəliyin əlamətlərini göstərən insanlar hər zaman daha çox yoluxdurma potensialına sahibdir”.

Həkim bildirib ki, qrip xəstəliyində tez-tez yüksək hərarət, tərləmə, baş və əzələ ağrısı, boğaz ağrısı, öskürək, burunun axması və halsızlıq kimi əlamətlər olur. Koronavirusda da yüksək atəş, tərləmə, baş ağrısı və əzələ ağrısı, öskürək, nəfəs darlığı, halsızlıq kimi oxşar əlamətlər müşahidə olunur.

Həkimin sözlərinə görə, COVID-19-a yoluxmada çox vaxt burun axıntısı və boğaz ağrısı görülmür: “COVID-19 yoluxduğunda, əsasən dad və iybilmə problemləri olur. Qriplə koronavirusun əlamətlərinin əsas fərqi burun axıntısının və boğaz ağrısının olmamasında görünür. Qrip üçün inkubasiya müddəti 1-4 gündür (orta hesabla 2 gün), COVID-19-da isə inkubasiya müddəti 2-14 gündür (orta hesabla 5 gün). Qrip şikayətləri xəstəliyin ilk 3-7-ci günlərində görülürkən, koronavirusda şikayətlər xəstəliyin 2-3-cü həftəsində görülür. Qripdə ölüm nisbəti yüzdə 0,1 olduğu halda, kovid 19-da ölüm nisbətinin 0,25 ilə yüzdə 3 arasında olduğu məlumdur”.

Həkimin sözlərinə görə, COVID-19 uşaqlarda çox olmur, ümumiyyətlə, yüngül keçir: “65 yaşdan yuxarı və ya 2 yaşdan kiçik olmaq, immun çatışmazlığı olanlar, hamilələr (və doğuşdan sonrakı ilk 2 həftə), artıq çəkidə olanlar, xroniki ağciyər xəstəliyi, ürək xəstəlikləri, qaraciyər və ya böyrək xəstəlikləri və qocalar evlərində yaşayanlar qripə görə risk daşıyır.

COVID-19-a görə risk daşıyanları isə irəlilə yaşda olanlar, kişi cinsində olanlar, artıq çəkililər, yüksək təzyiq, xroniki ağciyər, ürək xəstələri, tip 2 diabet və xərçəng, xroniki böyrək xəstəliyi, inkişaf etmiş qaraciyər xəstəliyi, əməliyyat sonrası sağalma müddətində olanlar, qocalar evi sakinləri və sosial-iqtisadi vəziyyəti aşağı səviyyədə olanları sıralamaq olar”.

Həkim onu da bildirib ki, qrip və koronavirusun eyni zamanda baş verməsi insan üçün ikiqt risklidir: “Qrip və koronavirusa birlikdə yoluxanlar xəstəliyi daha ağır keçirəcəyi üçün hamının qripə qarşı peyvənd olunması vacibdir”.

 

# 6301
avatar

Aygün İbrahimli

Oxşar yazılar