Bakı sakinini avtomobil vurub, sürücü hadisə yerindən qaçıb
23 sentyabr 2020 05:28 (UTC +04:00)

Bakı sakinini avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə “Moskva” prospektində baş verib.

“Şamaxinka” adlanan ərazidə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1965-ci il təvəllüdlü Əliyev Zaman Həsənağa oğlunu naməlum markalı avtomobil vuraraq hadisə yerindən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. 

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

# 1435
avatar

Oxşar yazılar