19:55
23 Sentyabr 2020

Dadlı balıq bişirmək üçün tövsiyələr: Balıqdan sonra halva yesəniz...

Payız aylarında balıqdan hazırlanan yeməklərə üstünlük verilir. Bol kalsium və fosfor mənbəyi olan balıq, düzgün bişirildikdə həm dadlı, həm də faydalı olur. Balığın dadlı alınması üçün onun düzgün qaydada bişirilməsi lazımdır. Əlbəttə, bir çox fərqli bişirmə texnikası var, ancaq doğru zamanda düzgün bişirmə texnikasından istifadə etmək önəmlidir.

Az, yaxud çox yağda bişirilməsi ilə fərqlənən, eyni zamanda manqalda hazırlanaraq xüsusi dada malik olan balıqlar var.

Unutmayaq, hər balıq növünün özünəməxsus bişirilmə qaydası var. Bu qaydalara riayət edərək balıq yeməklərini daha dadlı etmək olar.

Lent.az xarici KİV-ə istinadən balıq növlərinə görə bişirilmə qaydalarını təqdim edir:

Palamut bişirərkən buna diqqət yetirin!

Məsələn, hazırda palamut tam yağlanmayıb. Yağlı palamutu isə manqalda bişirəndə çox dadlı olur. Amma indi bunu etsəniz, çox sərt və dadsız olacaq. Bu səbəbdən yağda bişirmə texnikasından istifadə edə bilərsiniz.

Hamsi nə vaxt dadlı olur?

Digər balıq növlərindən də danışsaq, onu deyə bilərik ki, hər balıq fərqli dövrlərdə fərqli dadlara sahib olur. Bundan sonrakı aylarda, xüsusilə də dekabrda hamsi tam xırtıldayan, yanvar ayında isə tamamilə yağlı olur. Dekabr ayında dərin qazanda və bol yağda bişirərkən, yanvar ayında bunu daha az yağ olan bir tavada qızartmaqla əvəzləyə bilərsiniz.

İstavrit necə bişirilir?

Hazırda istavrtin əsil mövsümüdür. Dərin qazanda bol yağda bişirə bilərsiniz. Eynilə, kefalın da vaxtı yavaş-yavaş yaxınlaşır. Ən yaxşısı bol yağda və sobada qızartmaqdır. Xüsusilə levrek, çupra və palamudun bir aydan sonra yağlanmış formalarını manqalda bişirmək çox ləzzətli dada məxsus olmalarına səbəb olur.

Balıqdan sonra halva yeməyin faydası nədir?

Araşdırmalara görə, balıq yedikdən sonra halva istehlakının həzm üçün uyğun olduğu üzə çıxıb. O, bədəndəki fosfor tarazlığını və mədə turşusu balansını yenidən bərpa etdiyi üçün həzm baxımından bizi rahat edir.

Dİgər xəbərlər