"Qeyri-adi heç nə yoxdur" - General hərbi çağırışdan danışdı
21 sentyabr 2020 16:31 (UTC +04:00)

"Qeyri-adi heç nə yoxdur" - General hərbi çağırışdan danışdı

“Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbiçiləri müxtəlif ixtisaslar üzrə toplanışlara çağırıblar. Burada qeyri-adi heç nə yoxdur”.

Bu sözləri ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı yaranan çaşqınlıqlar barədə Lent.az-a danışan ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, hazırki çağırışlar səfərbərlik deyil, qismən səfərbərlik toplanışıdır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrlərdə təlim, yoxlama və xüsusi toplanışlara çağırılır. Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbçiləri müxtəlif ixtisaslar üzrə toplanışlara çağırıblar. Burada qeyri-adi heç nə yoxdur. Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mütəmadi olaraq bu prosesi həyata keçirilər. Mən Müdafiə Nazirliyində İdarə rəisi işləyəndə hər il səfərbərlik toplanışları həyata keçirirdik. Bu, ehtiyatda olan müxtəlif ixtisaslı hərbi qulluqçuların toplanışa çağırılmasıdır. Ordumuzun müharibəni qısa zamanda tam qələbə ilə başa çatdırmağa gücü var.

Sosial şəbəkələrdə insanlar bunla bağlı müxtəlif fikirlər səsləndirirdilər. Dezinformasiyalar yayılmasın deyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çox yerində olan bir açıqlama yaydı. Mətbuat azadlığında istifadə edən bir qrup vətəndaşlar çaşqınlıq yarada bilərdi. Ona görə də bu kimi hallarda Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi məlumatlarına istinad etmək lazımdır”.

Y.Aydəmirov bildirib ki, hazırda bölgələrdədir və çağırış prosesinin gedişini müşahidə edir: "Həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həm də yerli icra orqanları tərəfindən bu proses çox mütəşəkkil aparılır".

# 13426
avatar

Mehman Nəbiyev

Oxşar yazılar