Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür - Nazir
21 sentyabr 2020 14:57 (UTC +04:00)

Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür - Nazir

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olub, bu cinayətin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə telefon danışığı zamanı deyib.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib.

 
 
# 3100
avatar

Oxşar yazılar