“Çelsi” Seneqal millisinin qapıçısını alır
21 sentyabr 2020 19:46 (UTC +04:00)

“Çelsi” Seneqal millisinin qapıçısını alır

“Çelsi” Fransanın “Renn” klubunda çıxış edən Seneqal millisinin qapıçısı Eduard Mendinin transferini razılaşdırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, İngiltərə klubu 28 yaşlı futbolçu üçün 20 milyon avro ödəyəcək. 

Mendi 2019-cu ilin yayında “Renn”ə 4 milyon avro ödənməklə “Reyms”dən keçib. 

O, 2018-ci ildən Seneqal millisində çıxış edir.

# 1855
avatar

Oxşar yazılar