İxtisas seçiminin cavabları nə vaxt çıxacaq? - DİM-dən RƏSMİ CAVAB - YENİLƏNİB
21 sentyabr 2020 10:35 (UTC +04:00)

İxtisas seçiminin cavabları nə vaxt çıxacaq? - DİM-dən RƏSMİ CAVAB - YENİLƏNİB

Ali məktəblərə ixtisas seçiminin nəticələri yaxın zamanlarda açıqlanacaq.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Lent.az-a bildirib ki, keçirilən ixtisas seçiminin cavabları bu həftə rəzində bilinəcək.

***

Saat: 09:54

Ali məktəblərə ixtisasseçimi bu gün saat 10:00-da başa çatır.

Lent.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil ocaqlarına ixtisas seçimi bu gün saat 10:00-da yekunlaşacaq. DİM-dən saytımıza verilən məlumata görə, bu saatadək ixtisas seçimi üçün 66 min 421 elektron ərizə təsdiqlənib.

Xatırladaq ki, builki ixtisas seçimi pandemiya ilə əlaqədar sentyabrın 1-dən 20-dək davam etməsi nəzərdə tutulsa da, həmin müddət bu gün saat 10:00-dək uzadılıb.

# 48994
avatar

Mehman Nəbiyev

Oxşar yazılar