Tanımadığı şəxs tərəfindən bıçaqlandı: dərhal əməliyyata götürüldü
19 sentyabr 2020 19:40 (UTC +04:00)

Tanımadığı şəxs tərəfindən bıçaqlandı: dərhal əməliyyata götürüldü

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

22 yaşlı Alıyev Elnur Vaqif oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 22 yaşlı oğlan avtobusdan düşəndə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

# 2311
avatar

Oxşar yazılar