İranda koronavirusdan ölənlərin sayı 24 mini ötdü
19 sentyabr 2020 14:24 (UTC +04:00)

İranda koronavirusdan ölənlərin sayı 24 mini ötdü


İranda ötən sutka ərzində 166 nəfər yeni növ koronavirus infeksiyasından (COVID-19) vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 24 118 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 845 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 419 043 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 357 632 nəfər koronavirusdan sağalıb.

# 1447
avatar

Oxşar yazılar