Azərbaycanlı müğənninin gözəllik salonu bağlandı
19 sentyabr 2020 13:33 (UTC +04:00)

Azərbaycanlı müğənninin gözəllik salonu bağlandı

"Məni sosial şəbəkədə pisləmirlər. Amma hamı da yaxşıdır demir. Heç bunu istəmirəm də. Ancaq mahnılarım "Youtube"da izlənir, 1 milyon baxış sayı toplayan ifam da var. Anadan olandan uğurlu biriyəm".

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Üçümüz" proqramında deyib.

Sənətçi sosial şəbəkələrdə sənət adamlarına yazılan tənqidlərdən bəhs edib. O bildirib ki, ünvanına çox təhqir və tənqid yazılmır.

Bir müddət əvvəl gözəllik salonu açan Mənzurə biznesinin bağlandığını söyləyib: 

"Gözəllik salonu açmışdım, 20 gün işlədi. Varımı-yoxumu salona qoydum ki, pul qazanım. Amma pandemiya düşdü və batdı".

# 12838
avatar

Oxşar yazılar