Cəbhə bölgəsində yaşayanlar üçün təsərrüfat qurulur
19 sentyabr 2020 10:22 (UTC +04:00)

Cəbhə bölgəsində yaşayanlar üçün təsərrüfat qurulur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən cəbhə bölgəsindən özünüməşğulluq prorqamına cəlb edilən şəxslərə aktivlər təqdim edilir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin ailələr üçün öz seçimlərinə uyğun olaraq heyvandarlıq sahəsi üzrə təsərrüfatlar qurulur.  

Ümumilikdə isə respublika üzrə artıq 312 nəfər proqram iştirakçısı seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallarla təmin edilib.
Qeyd edək ki, bu layihəyə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Əməkdaşlıq çərçivəsində 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

# 943
avatar

Aygün İbrahimli

Oxşar yazılar