Fermada qətl: özünə qəsd ehtimalı...
19 sentyabr 2020 11:08 (UTC +04:00)

Fermada qətl: özünə qəsd ehtimalı...

Ağdaş rayonunda odlu silahla ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yenicə kəndindəki mal-qara fermasında baş verib. 

Ləki qəsəbə sakini, 1995-ci il təvəllüdlü Süleymanzadə Nicat Bahadur oğlu ov tüfəngindən açılan atəş nəticəsində başından güllə yarası alıb. 

O, hadisə yerində ölüb. N. Süleymanzadənin özünə qəsd etdiyi ehtimal olunur. 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 1531
avatar

Oxşar yazılar