19:29
18 Sentyabr 2020

Məhkəmələrə ayrılan xidməti avtomobillərin say artırıldı - QƏRAR

Azərbaycanın mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, inzibati məhkəmələri və kommersiya məhkəmələrinə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib. Belə ki, inzibati məhkəmələrə 8 , kommersiya məhkəmələrinə 8 xidməti minik avtomobili ayrılıb.

İndiyə qədər Azərbaycanın inzibati-iqtisadi məhkəmələrinə 10 ədəd xidməti minik avtomobili ayrılırdı.

Dİgər xəbərlər