Azərbaycanda bu il baş verən zəlzələlərin sayı AÇIQLANIB
18 sentyabr 2020 18:27 (UTC +04:00)

Azərbaycanda bu il baş verən zəlzələlərin sayı AÇIQLANIB

Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar 62 seysmik stansiyadan ibarət şəbəkənin məlumatları əsasında həyata keçirilir.

Lent.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib. 

Q.Yetirmişli 2021-ci ilə qədər mərkəzin Azərbaycan ərazisində fəaliyyət göstərən stansiyalarının sayının 84-ə yüksəldiləcəyini söyləyib.

Həmçinin diqqətə çatdırıb ki, 2019-cu il ərzində Abşeron yarımadasında 7 məntəqədə Bazalt tipli gözləmə rejimində işləyən şəbəkənin stansiyalarında profilaktik işlər aparılıb, paralel olaraq ayda 1 dəfə cihazlardan seysmoloji məlumatların elektron daşıyıcılarına köçürülməsi həyata keçirilib.

Mərkəz direktoru 427-2019-cu illər ərzində Azərbaycan ərazisində güclü zəlzələlərin episentrlər xəritəsini təqdim edib, 2020-ci ilin ötən dövründə ölkəmiz və ona bitişik ərazilərdə 5428 zəlzələnin baş verdiyini, onlardan 14-nün hiss olunduğunu vurğulayıb. Qurban Yetirmişli Şamaxı-İsmayıllı zonasında seysmik aktivliyin müşahidə edildiyini bildirib, eləcə də son bir neçə ildə sözügedən ərazidə baş verən zəlzələrdən danışıb.

Alim Azərbaycanda ilk dəfə Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən palçıq vulkanlarının püskürmə dərinliyinin və hansı müddətə davam etməsi barədə analizlərin aparıldığını da diqqətə çatdırıb.

 

 

# 1318
avatar

Aygün İbrahimli

Oxşar yazılar