70 yaşlı qadını maşın vurub...
18 sentyabr 2020 15:56 (UTC +04:00)

70 yaşlı qadını maşın vurub...

Bakı-Quba yolunda piyadanı maşın vurub.

APA-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu, Zarat postunun yaxınlığından keçən hissəsində  baş verib. Yolu keçmək istəyən, 1950-ci il təvəllüdlü Qasımova Həbibə Əlfərman qızını avtomobil vurub. Ağır xəsarətlər alan 70 yaşlı qadın Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1471
avatar

Oxşar yazılar