Kirayədə yaşadığı qadını öldürmüşdü - MƏHKƏMƏ
18 sentyabr 2020 15:49 (UTC +04:00)

Kirayədə yaşadığı qadını öldürmüşdü - MƏHKƏMƏ

Zaqatala 2011-ci ildə baş verən qətl hadisəsinin cinayət işinin istintaqı sona çatıb.

Baş Prokurorluqdan Lent.az-a daxil olan xəbərə görə, cinayət işinin istintaqı baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, aparılmış məqsədyönlü tədbirlər nəticəsində Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 2011-ci il fevralın 24-də yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin 9 il sonra açılması təmin edilib.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 2011-ci il fevralın 24-də şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

# 1627
avatar

Mehman Nəbiyev

Oxşar yazılar