“Bavariya”dan getdi
18 sentyabr 2020 14:48 (UTC +04:00)

“Bavariya”dan getdi

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə ulduz futbolçu özü sosial şəbəkə vasitəsilə məlumat yayıb.

İspaniya millisinin üzvü vida mesajında “Bavariya”nın həmişə öz evi olacağını yazıb. O, klub rəhbərliyinə və azarkeşlərə minnətdarlığını bildirib. 29 yaşlı orta sahə oyunçusu tezliklə İngiltərə klubu “Liverpul”la müqavilə imzalayacaq. Bu keçid almanlara 30 milyon avro qazandırıb.

Tyaqo Alkantara 2013-cü ildən “Bavariya”da çıxış edib.

# 5422
avatar

Oxşar yazılar