Koronavirus bu ölkədə daha 134 nəfəri öldürdü
18 sentyabr 2020 19:39 (UTC +04:00)

Koronavirus bu ölkədə daha 134 nəfəri öldürdü

Rusiyada son sutka ərzində daha 5905 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1091186 nəfərə çatıb.

Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 195 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

# 1534
avatar

Oxşar yazılar