Qayınata və qayınanasını qətlə yetirdi: Arvadını qaytarmırdılar - YENİLƏNİB
18 sentyabr 2020 11:09 (UTC +04:00)

Qayınata və qayınanasını qətlə yetirdi: Arvadını qaytarmırdılar - YENİLƏNİB

Xaçmazda kürəkəni tərəfindən güllələnən Beykəs Yunusov dünyasını dəyişib.

Lent.az-ın əldə etdiyi məlumata görə, baş verən hadisə nəticəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 57 yaşlı Beykəs Yunusov həkimlərin səyinə baxmayaraq, vəfat edib.

***

Saat: 09:57

Xaçmazın Ləcət kəndində baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 46 yaşlı kürəkən Rəhman Osmanov uzun müddətdir ailəli olduğu həyat yoldaşı ilə birgə qonşu kənddə qalırmış. Bir neçə gün öncə onun arvadı ailədə yaranan münaqişə səbəbilə Ləcətə ata evinə gəlib. Rəhman da qaynata evinə gedərək həyat yoldaşını götürmək istəsə də, buna nail olmayıb. Nəticədə ölümlə nəticələnən hadisə meydana gəlib. Məlumatı əldə etdiyimiz mənbədən bildirilir ki, bundan əvvəl ailənin heç vaxt problemi olmayıb. Buna görə, orada hansı məsələ üstündə münaqişə yarandığı da qaranlıq qalır.

Hazırda polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

***

Saat:09:36

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.

R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

# 11413
avatar

Mehman Nəbiyev

Oxşar yazılar