Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - FOTO
17 sentyabr 2020 12:39 (UTC +04:00)

Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İzmirdə özünü pis hiss edən ifaçı həkim nəzarətindədir.

Diva bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib:

“Bu gün səhər saatlarına mədəmdə olan problemlərə görə, kiçik bir qanaxma oldu. Şükürlər olsun ki, indi sağlığım yerindədir. Bu gün həkimlərin kiçik bir müdaxiləsindən, nəzarətindən sonra inşallah bir neçə gün sonra normal sağlamlığıma qovuşacam. Narahat olmağınıza heç bir səbəb yoxdur”.

# 3040
avatar

Yalçın UĞUR

Oxşar yazılar