Rusiyada klinikada yanğın: 4 ölü, 2 yaralı
17 sentyabr 2020 07:40 (UTC +04:00)

Rusiyada klinikada yanğın: 4 ölü, 2 yaralı

Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.

Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb. 

Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.

İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119

Oxşar yazılar