586
05:11
17 Sentyabr 2020

Yol qəzası zamanı avtomobil yandı


Şəkidə yol qəzası zamanı toqquşan avtomobillərdən biri yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki rayonu Bideyiz kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” markalı, 55 BL 716 dövlət nömrə nişanlı avtomobillə rayon sakini Umud Rafiq oğlu Məmmədlinin idarə etdiyi “VAZ 21074” markalı 55 BK 304 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəzadan sonra VAZ 21074 markalı avtomobildə yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı “VAZ 21074” markalı avtomobilin yanar konstruksiyaları yanıb.

“VAZ 2106” markalı avtomobil yanğından mühafizə edilib. Qəza zamanı VAZ 2106 markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralıların müayinəsi aparılır. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.