12:37
16 Sentyabr 2020

Qaz bombalarından yaranan gül bağçası... - FOTOLENT

Fələstinin müvəqqəti paytaxtı Ramallah yaxınlığındakı Bilin kəndindən olan bir fələstinli qadın, İsrail əsgərləri ilə yerli fələstinlilər arasında baş verən qarşıdurmalardan sonra gözyaşardıcı qaz bombalarını toplayaraq onların boşluqlarında çiçək yetişdirir.

Çiçəklər İsrail ilə Fələstinin arasındakı təhlükəsizlik divarı boyunca döyüşdə geri qazandıqları bir ərazidə əkilir. Əkin işləri burada tamamlandıqdan sonra davamı olaraq İordan çayının qərb sahili boyunca 430 mil uzanacaq.

İsraillilər və fələstinlilər arasında tez-tez baş verən toqquşmaların bu kiçik çiçək qablarına heç bir zərəri yoxdur. Bəziləri çəpərlərə yapışmaq üçün tel qarmaqlarla təchiz olunub.

Fələstinli qadının bu addımı silahdan istifadədən, zorakılıq və qarşıdurmadan bezən insanların müharibə əleyhinə etirazını sərgiləyir.

Hasarın digər tərəfində fələstinlilərin atdığı raket qalıqlarından və güllərdən metal heykəllər yaradan bir İsrail rəssamı yaşayır.

Dİgər xəbərlər