12:20
16 Sentyabr 2020

Mikayıl Müşfiqlə bağlı sənədli film nümayiş olunacaq - VİDEO

Azərbaycan Televiziyasında bu gün saat 21:30-da “Repressiya” adlı yeni layihənin təqdimatı olacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a verilən məlumata görə, “Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir.

İlk sənədli film 1937-ci il repressiyalarının qurbanı Mikayıl Müşfiqə həsr olunub.

Filmdə Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və yazıçının həbsi obrazlı şəkildə əks olunub. Bundan başqa, şairin həyat yoldaşı Dilbər Axundzadə ilə görüşü və iki müstəntiqə ifadəsi də filmdə improvizə olunub. Sonda isə şairin güllələnmə səhnəsi yer alıb.

“Repressiya”da Mikayıl Müşfiq obrazını Toğrul Rza, Dilbər Axundzadəni isə Kəbirə Həşimi canlandırıb. Sənədli filmin rejissoru və operatoru Elmir Süleymanov, ssenari müəllifi Kəmalə Mirzəyevadır. Montaj isə Mahir Rəhimova məxsusdur.

Dİgər xəbərlər