Bütün pensiyaların ödənişi başa çatdırılıb - RƏSMİ
15 sentyabr 2020 16:22 (UTC +04:00)

Bütün pensiyaların ödənişi başa çatdırılıb - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb.  

Bu barədə Lent.az-a DSMF-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib. O bildirib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də sentyabr ayının pensiyaları ödənilib:

"Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər".

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar sentyabrın 10-da ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400

Oxşar yazılar