Onkoloji xəstə olan Əməkdar artistə Tolikdən CAVAB: "Qızılını, brilliantını satsın"
15 sentyabr 2020 10:05 (UTC +04:00)

Onkoloji xəstə olan Əməkdar artistə Tolikdən CAVAB: "Qızılını, brilliantını satsın"

Müğənni Nadir Qafarzadə başında onkoloji şiş tapılan qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı paylaşımında bu sözləri deyib:  

"Mən düşünürəm ki, bu xanıma kömək lazımdır. Mədəniyyət Nazirliyindən heç olmasa zəng edib maraqlansınlar, mənəvi kömək olsunlar. Maddi kömək də lazımdır".

İfaçı bildirib ki, sənət adamları çoxdandır işləyib, pul qazana bilmirlər. "Bu xanım da daha nəyi var idi yedi, içdi qurtardı. Düşünürəm ki, kömək lazımdır. Gülbahar xanım hər zaman sənəti ilə gündəmdə olub. Yaradıcı insanlar bu vəziyyəti çətin keçirirlər. Bunlar hamısı üst-üstə gəlib bu xanımı yataq xəstəsinə çevirdi. Amma düşünürəm ki, müalicəsi var. Kimsə onu üzərinə götürməlidir. Mən hər zaman onun yanındayam. Amma mən tək nə edə bilərəm ki...

Özüm üçün heç nə istəməmişəm, xahiş etməmişəm, amma Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm. Qoymayın daha bir sənət adamını itirək. Elə bir yaşı da yoxdur. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi. İçim yanır, sadəcə, çox çətindir".

N.Qafarzadənin bu sözlərinə prodüser Tolik (Tarix Əliyev) etiraz edib:

"Səni həmişə dəstəkləmişəm, amma anlamadım, Gülbaharın pulu yoxdur? Bu qədər imkansız ailələr var. Onlar heç həkimə gedə bilmirlər. Şükür Allaha, Gülbaharın qızı, kürəkəni özünün qızıllarını, brilyantlarını satsın. Canından artıq deyil ki. Gülbahara hörmətim var. Allah tez zamanda şəfasını versin. Amma onun köməyə ehtiyacı yoxdur, maşa Allah tanışları da, özünün azdan-çoxdan imkanı da var. Vay kasıbın halına ki, evində 100 manatı yoxdur, uşağını həkimə aparsın".

# 5941
avatar

Yalçın UĞUR

Oxşar yazılar