Azərbaycanlıların Gürcüstandan təxliyəsi başa çatdı  - YENİLƏNİB
14 sentyabr 2020 13:03 (UTC +04:00)

Azərbaycanlıların Gürcüstandan təxliyəsi başa çatdı - YENİLƏNİB

Gürcüstandan azərbaycanlıların təxliyəsi başa çatdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə olunanlar Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriliblər. 

***

10.59

Gürcüstandan təxliyə edilən daha 350 nəfər Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 6 avtobusla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.

Həmin şəxslər ötən gün Marneulidəki klinikalardan birində COVID-19 testi veriblər və onların hər birində analiz cavabı neqativ olub. Təxliyə edilənləri Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edir.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1573

Oxşar yazılar