Miqrenin qarşısını almağın YOLLARI
14 sentyabr 2020 09:10 (UTC +04:00)

Miqrenin qarşısını almağın YOLLARI

Miqren insanlıq tarixi boyunca mövcud olan sağlamlıq problemlərindən biridir. Miqren hər toplumda, hər yerdə, hər yaşda yaranan narahatlıqdır. Miqrenə daha çox qadınlarda rast gəlinir. Aparılan araşdırmalara görə, hər beş qadından, hər on kişidən birində miqren var.

e-tibb.az xəbər verir ki, bunu Türkiyədən olan nevroloq, professor Sabahattin Saip yerli mediaya açıqlamasında deyib.

Miqrenin tutmalarla müşahidə edilən bir narahatlıq olduğunu deyən mütəxəssis tutmaların bəzi ətraf mühit amilləri və qidalardan qaynaqlandığını açıqlayıb. Ona görə də miqren xəstələri daha çox təsir edəici amillərdən uzaq olmalı, nizamlı həyat tərzi keçirməli, vaxtında qidalanmalı, yemək vaxtlarını təxirə salmamalı, yuxusuz qalmamalıdırlar. Eyni zamanda artıq stresə düşməmək, təsir edici qidalardan imtina etmək əsas şərtlərdən biridir.

Miqrenin dəqiq yaranma səbəbi bu günə kimi dəqiq məlum deyil. Amma ümumi olaraq genetik faktor, ətraf amillər və daxili anlıq dəyişikliklərə qarşı refleks olaraq ortaya çıxdığı qəbul olunur.

 

Miqrenin müalicəsi barədə danışan professor deyib ki, artıq bununla bağlı yeni dərmanlar dövriyyəyə girməkdədir. Hazırda əsas məsələ uyğun zamanda miqrendən əziyyət çəkən şəxsə fərdi olaraq dərman təyin olunmasıdır. Onun sözlərinə görə, miqrenin müalicəsində cərrahi və akupunktur  müalicə metodlarına yer yoxdur. Miqren sadəcə, dərmanlar və bununla nizamlı yanaşı düzgün həyat tərzi ilə nizamlana bilər. Dərman müalicəsi təkbaşına çıxış yolu deyil. Həkim bildirib ki, özbaşına dəman qəbulu ilkin olaraq ağrıları aradan qaldırsa da, sonradan fəsadlar yarada bilər. Ayda 5-6 ədəddən çox ağrıkəsici qəbul olunmamalıdır. Belə hallar olarsa, mütləq mütəxəssisə müraciət edilməlidir.

# 2794
avatar

Oxşar yazılar