Bakı metrosu bu günlərində işləməyəcək
13 sentyabr 2020 19:33 (UTC +04:00)

Bakı metrosu bu günlərində işləməyəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli 336 №-li Qərarına uyğun olaraq, buna qədər qüvvədə olmuş bir sıra qərarlar ləğv edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu xüsusda “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılması, həmçinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi sərnişindaşıma fəaliyyətinin dayandırılma müddətinin uzadılması barədə qərarları qüvvədən düşüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 №-li Qərarına uyğun olaraq, 2020-ci il 14 sentyabr saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. Lakin həmin Qərarın 1.2.5 bəndinə uyğun olaraq, sərnişindaşıma fəaliyyəti bərpa edilsə də, aşağıda qeyd edilən müddətlərdə Bakı metropoliteni sərnişindaşıma xidməti göstərməyəcək: 2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək; 2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək.

# 4297
avatar

Oxşar yazılar