Bakıda avtomobil piyadanı vuraraq öldürdü - FOTO
12 sentyabr 2020 00:56 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürdü - FOTO

 

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

Sürücü Orxan Həsənov idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən 25-30 yaşlı oğlanı vurub. Yaralı elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücü O.Həsənov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3034

Oxşar yazılar