Tehranda güclü partlayış: ölən var
11 sentyabr 2020 19:17 (UTC +04:00)

Tehranda güclü partlayış: ölən var

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün qeydə alınan partlayış nəticəsində 30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

 Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946

Oxşar yazılar