Əməkdar artist keçmiş ərindən danışdı: "Gələcəkdə nazir ola bilərdi"
11 sentyabr 2020 16:51 (UTC +04:00)

Əməkdar artist keçmiş ərindən danışdı: "Gələcəkdə nazir ola bilərdi"

“Yazırlar çirkindir, kifirdir, nə gündədir, kim olub o... Hamının həyatında hər şey ola bilər: enişli, yoxuşlu yaşayan, çirkin, gözəl, kasıb, dövlətli... Sayqı olmalıdır, bir insanı dərindən tanımırsansa, onun haqqında danışma”.

Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “Həyat, sevgi və göz yaşları” layihəsində deyib. Müğənni sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb.

Həyatından danışan ifaçı keçirdiyi ağır günlərdən bəhs edib. O, qardaşlarının onun üçün etdiklərini açıqlayıb:

“Qardaşlarım oxumağa qoymurdu. Anam nəsə satıb, bizi saxlayırdı. Bir nəfər anamdan mal alıb, pulunu vermədi, pis vəziyyətə düşdük. Ailəmin ağır gününə görə oxumağa başladım. Məni hər yerə qardaşlarım aparıb-gətirirdi. Oxuyanda utanırdım, üzümü çevirirdim divara. Hətta harasa gedəndə geyinməyə paltarım olmurdu, qardaşım iki köynəyini satıb mənə kostyum almışdı.

Anam övladlarımı saxladı, oxuyub pul qazandım. Qardaşlarıma, bacıma kömək etdim”.

R.Allahverdiyeva keçmiş həyat yoldaşının qısqanclıqlarından bəhs edib:

“Sevib ailə qurmadım, tanışlıqla oldu. Çox qısqanc idi. Evə qonaq gələndə, küçəyə çıxanda qısqanırdı. Oxumağa da qoymurdu. Xasiyyəti dözüləcək deyildi. Anamın yanında qalırdıq, sonra şəhərə gəldik. Yaxşı yerlərdə işləyirdi, savadlı və yaraşıqlı idi. Gələcəkdə nazir belə ola bilərdi.

Ayrıldıq, peşman oldu qayıtdı. Amma qısqanclıqları məni yormuşdu, barışmadım. Sonra evləndi, ondan övladı olmadı, xərçəng xəstəliyinə yoluxdu və cavan yaşda vəfat etdi. İcazə vermirdi ki, ayağımı ayağımın üstünə qoyub oturum. Bir dəfə çaşıb elə oturdum, dava düşdü. Bu 30 ildə o, nə deyibsə, o da olub”.(axşam.az)

# 6754
avatar

Oxşar yazılar