Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb - Nazirlik
11 sentyabr 2020 16:31 (UTC +04:00)

Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb - Nazirlik

"Bütün məktəblərə artıq hərarət ölçmək üçün cihazlar alınıb. Onların alınması prosesi davam edəcək".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin “Karantin rejimi” dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblər üçün dezinfeksiya məhsulları da alınıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2579

Oxşar yazılar