Qanunsuz ov edənlər cəzalandı
11 sentyabr 2020 15:18 (UTC +04:00)

Qanunsuz ov edənlər cəzalandı

0

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edənlər saxlanılıb.

Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov Lent.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ramil Nəsirov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb:

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1368

Oxşar yazılar