
Metro açılsa da, ekspres avtobuslar işləyəcək - RƏSMİ
Bakı metrosunda sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada fəaliyyətdə olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun tənzimlənəcək.
Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq nəzər alınacaq.
Məlumat üçün bildiririk ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 0:00-dan sentyabrın 14-ü saat 6:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16