Keçmiş məhkum qadının pulunu oğurladı
11 sentyabr 2020 19:08 (UTC +04:00)

Keçmiş məhkum qadının pulunu oğurladı

Sentyabrın 1-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini M.Akubayevanın çantasından içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş T.Şükürov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476

Oxşar yazılar