Məhkumun üzərindən narkotik tapıldı
11 sentyabr 2020 11:38 (UTC +04:00)

Məhkumun üzərindən narkotik tapıldı

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün azadlıqdan məhrum edilən məhkum Mətləb Namiq oğlu İbrahimov təcridxanaya qəbul olunarkən onun üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman cibində olan kibrit qutusunun içərisində ümumi çəkisi 0,133 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar