Mirmehdi Ağaoğlunun hekayəsi Fransada yayımlandı
11 sentyabr 2020 10:46 (UTC +04:00)

Mirmehdi Ağaoğlunun hekayəsi Fransada yayımlandı

Mirmehdi Ağaoğlunun “Fransız” hekayəsi fransız dilində yayımlanıb.

Lent.az kulis.az-a istinadla xəbər verir ki, hekayə Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının rəsmi internet səhifəsində yayımlanıb (editionskapaz.fr).

Hekayə əyalətdə yaşayan modern düşüncəli bir müəllimin faciəsindən bəhs edir. Hekayəni fransız dilinə Könül Ramazanova çevirib.

Qeyd edək ki, müəllifin bir müddət öncə “Qonşu və ölüm” hekayəsi Türkiyənin nüfuzlu sənət və ədəbiyyat portalı “Ogitto”da dərc olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar