Nadirdən Miri Yusifə AĞIR SÖZLƏR: "Mənə dil uzatmaq..."
10 sentyabr 2020 17:11 (UTC +04:00)

Nadirdən Miri Yusifə AĞIR SÖZLƏR: "Mənə dil uzatmaq..."

Müğənni Nadir Qafarzadə bir müddət öncə ona söz atan Xalq artisti Miri Yusifə cavab verib.

Lent.az-ın məlumatına görə, ifaçı “MTV”yə açıqlamasında bildirib ki, Miri Yusifi müğənni olaraq sənətkar saymır:

"Ümumiyyətlə,  bu insanla heç təmasda olmamışam. Münasibətimiz belə yoxdur. Şokda idim ki, bu adama mən nələr dedim? Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Qabağımda söz deyən, məni tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır. İnsan ulduz da ola bilər. Ən az mənim sənətim qədər olmalıdır!

Sənətində reper kimi yaxşı sənətkardır. Amma musiqi anlamında deyil. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Amma reper kimi. Müğənni kimi yox! Heç belə dostluğumuz, düşmənçiliyimiz də yoxdur. Bilmirəm, onun neçə yaşı var. Onun 40 yaşı varsa, mənim 30 il sənət stajım var. Mən o insanla nə kəlimə kəsim?! Mən sənətdə, səhnələrdə sənət, mədəniyyət, incəsənət üçün külüng vuranda, onlar bilmirəm harda idi?

İndi sənətkara dil uzatmaq olmaz. Və mənə söz deməyə sənin haqqın yoxdur. Nə yaxşı, nə də pis. Yaxşı oğlan, reper ola bilərsən. Amma mənə toxunmayın. Mən oturmuşam öz taxt-tacımda. Oturuşmuş sənətkarlar var, mən onlardanam. Mən qəbul olunmuşam!

# 23920
avatar

Yalçın UĞUR

Oxşar yazılar