1909
15:45
10 Sentyabr 2020

I-IV ixtisas qrupu üçün balların statistikası nə vaxt nəşr ediləcək? - DİM sədri AÇIQLADI

I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların nəşr ediləcəyi vaxt açıqlanıb.

Lent.az məlumat verir ki, bu barədə məlumat verən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, sözügedən kitabça bir neçə günə nəşr ediləcək:

“Hazırda bununla bağlı dəqiq statistika aparılır. Kitabça sentyabr ayının 11-i və ya 12-si satışa çıxarılacaq”.

Qeyd edək ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq.