Bakıda ekoloji təmizliyi ideal olan ərazilər - RƏSMİ
10 sentyabr 2020 14:51 (UTC +04:00)

Bakıda ekoloji təmizliyi ideal olan ərazilər - RƏSMİ

"Bakının ekoloji vəziyyəti iri sənaye şəhərlərinə xas olan cəhətlərə uyğundur. Bu, ilk növbədə, nəqliyyatın sıx olması, sənaye və iaşə müəssisələrinin fəaliyyəti ilə bağlıdır. ".

Lent.az məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. O, hazırda paytaxtda ekoloji təmizliyinə görə yaşayış üçün ən ideal ərazilərin adlarını açıqlayıb:

"Əlbəttə, yerli relyefin və hava-iqlim şəraitinin təsiri də burada öz rolunu oynayır. Məsələn, Bakı şəhərinin hansı inzibati rayonunda daha əlverişli ekoloji vəziyyətin olması sualını cavablandırarkən sözügedən faktorları nəzərə almaq lazımdır.

Bakı şəhərinin inzibati rayonlarında atmosfer havasının keyfiyyəti üzrə aparılan monitorinqin nəticələrinə əsasən demək olar ki, Pirallahı, Binəqədi rayonları, 9-cu mikrorayon ərazisi və Yasamal rayonunun bəzi əraziləri digər rayonlara nisbətən daha əlverişli ekoloji şəraiti ilə fərqlənir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249

Oxşar yazılar