Avtomobil iki piyadanı vurdu
10 sentyabr 2020 13:27 (UTC +04:00)

Avtomobil iki piyadanı vurdu

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərin Dədə Qorqud prospektində yolu keçmək istəyən orta yaşlı bir kişi və bir qadını maşın vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar