"Sibirin sahibi" katerdə həlak oldu
10 sentyabr 2020 10:39 (UTC +04:00)

"Sibirin sahibi" katerdə həlak oldu

Rusiyanın Xantı-Mansiysk şəhərində nüfuzlu "qanuni oğru" Vladimir Zyatkov həlak olub.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə Çyornaya çayında baş verib. "Qanuni oğru"nun idarə etdiyi kater sahilə qayıdarkən qayıqla toqquşub. Nəticədə Zyatkov da daxil olmaqla, 4 nəfər ölüb,  4 nəfər isə yaralanıb. Yaralılardan biri azyaşlıdır.

Zyatkov Tobolsk, İşim, Zavodoukovsk , Surqut, Xantı-Mansiysk kimi şəhərlərə nəzarət edirdi. Onu bəzən “Sibirin sahibi” də adlandırırdılar.

65 yaşlı "qanuni oğru"nun azərbaycanlı kriminal avtoritetlərlə də münasibəti olub. “Vova Zyatek” ləqəbi ilə tanınan Zyatkovla bağlı yazı bir azdan Lent.az-da yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3848

Oxşar yazılar