
Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Ali təhsil müəssisələrinə ixtisas seçiminə start verilib.
Lent.az məlumat verir ki, ixtisas seçimi sentyabrın 10-dan 20-dək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytı vasitəsilə elektron qaydada aparılır.
DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II, III və IV ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsaitlər də müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapacaq.
"Abituriyent" jurnalının 4 saylı buraxılışında isə "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.
Qeyd edək ki, abituriyentlər DİM-in regional bölmələrinə birbaşa və ya əvvəlcədən onlayn növbə götürməklə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər.
Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşaiyət etməsinə icazə verilir.

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16