Moskvada keçmiş SSRİ daxili işlər nazirinin müavini 96 yaşlı İqor Osipovun meyiti tapılıb.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, keçmiş nazir müavini təbii səbəbdən vəfat edib. Bununla belə, məhkəmə-tibb ekspertizası araşdırmadan sonra daha dəqiq məlumat verəcək.
Onun meytini babasına baş çəkməyə gələn qız nəvəsi aşkar edib.
İqor Osipov uzun müddət SSRİ daxili işlər naziri Nikolay Şelokovun ( 1966-cı ilin sentyabrından 1982-ci ilin dekabr ayınadək) köməkçisi olub.
Osipov dissident yazıçı Aleksandr Soljenitsının müdafiəçisi kimi də tanınırdı.